RU

Şota Arveladze: "Türklər bizə 2 möhtəşəm qol vurdular"

“Gürcüstan millisini bundan sonra qrupda çox çətin iki oyun gözləyir”.

Sportnet.az xəbər verir ki, bu sözləri "Azərtac"a açıqlamasında Gürcüstan millisinin sabiq hücumçusu Şota Arveladze ölkəsinin Avropa çempionatındakı çıxışını şərh edərkən deyib.

Əfsanəvi futbolçu yığmaya inandığını bildirib: “Bu gün Çexiya ilə vacib oyunumuz var. Qrupdakı son iki matçdan mütləq 4 xalla ayrılmalıyıq. Bu gün qalib gəlib son turda isə Portuqaliya ilə heç-heçə etsək, qrupun digəri oyunundakı nəticədən də asılı olaraq, pley-offa çıxa bilərik. Böyük ehtimalla bu gün bütün suallara aydınlıq gələcək”.

Veteran forvard Gürcüstan yığmasının ilk matçda Türkiyə millisinə 1:3 hesabı ilə məğlub olduğu oyundan da söz açıb: “Türklər bizdən daha yaxşı mübarizə apardılar. Qapımıza vurulan ilk 2 qol isə həqiqətən möhtəşəm alındı. Məhz bunun sayəsində bizi məğlub etdilər”.

Qeyd edək ki, bu gün keçiriləcək Gürcüstan–Çexiya oyunu Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.


Избранный
116
2
sportnet.az

3Источники