RU

Türkiyədəki meşə yanğınından ürəkdağlayan görüntülər: Can verən heyvanların iniltiləri ağlatdı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Türkiyədə Diyarbəkir vilayətinin Çinar, Mardin vilayətinin Mazıdağı rayonlarında baş verən və 12 nəfərin həyatını itirdiyi meşə yanğınlarının səbəbinə dair bütün ehtimallar araşdırılır".
Bu barədə Dicle Elektrik Agentliyindən xəbər verilib.
Qurumdan bildirilib ki, Diyarbakırın Çınar rayonunda başlayan yanğının elektrik paylanma xətlərindən qaynaqlanmadığını bildirmələrinə baxmayaraq, bəzi kommunikasiya orqanları tərəfindən belə açıqlamalar verilir. Bu isə elektrik xətlərində çalışan işçiləri çətin vəziyyətdə qoyur.
Qeyd edək ki, dünən baş verən faciədə ölənlərlə yanaşı, onlarla insan müxtəlif dərəcəli xəsarətlər alıb. Bundan başqa, yüzlərlə heyvan alovların arasında diri-diri yanıb, sağ qalanlar isə ağrılar içində can verib. Sosial şəbəkələrdə bu faciə ilə bağlı görüntülər yayılıb.
Aralarında çoxlu sayda balaların da olduğu heyvanların çarəsiz iniltiləri o anları qeydə alan şəxsi göz yaşlarına boğub.
Mənbə: Haber Global
Избранный
167
50
oxu.az

10Источники