RU

Polis idarəsi yaxınlığında avtomobil partladıldı

Kolumbiyanın Narinyo departamentində bomba yüklü avtomobil polis idarəsi yaxınlığında partladılıb. Bu əraziyə ikinci dəfə hücum edilir. Birincisi 2023-cü ildə olub.

Publika.az “Regnum”a istinadən xəbər verir ki, partlayış Taminanqo bələdiyyəsinin polis idarəsi yaxınlığında baş verib. Hadisə nəticəsində iki nəfərin öldüyü, on nəfərin isə yaralandığı bildirilir.

“Bomba yüklü avtomobilin partladılmasının görüntülərini qəzəblə izlədim. Bu acınacaqlı hərəkəti qətiyyən qəbul etmirəm, qurbanların ailələri ilə həmrəy olduğumu bəyan edirəm”, - keçmiş qubernator və Argentinadakı hazırkı səfir Camilo Romero X hesabında yazıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
53
2
publika.az

3Источники