Bakı. Trend:
Bu ilin yanvar-may aylarında Azərbaycanla Hindistan arasındaticarət əməliyyatlarının həcmi 657 milyon 39 min ABŞ dolları təşkiledib.
Bu barədə Trend-ə DövlətGömrük Komitəsindən bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,2%azdır.
Hesabat dövründə Hindistan ilə ticarət dövriyyəsi Azərbaycanınümumi ticarət dövriyyəsinin 3,56%-i həcmində olub.
Beş ayda Azərbaycan Hindistana 569 milyon 840 min ABŞ dollarıdəyərində məhsul ixrac edib ki, bu da illik müqayisədə 6,9% azdır.Bu dövrdə Azərbaycanın ümumi məhsul ixracının 5,12%-i Hindistanınpayına düşüb.
Yanvar-may aylarında Azərbaycan Hindistandan məhsul idxalınıillik müqayisədə 1,7% azalaraq 87 milyon 199 min ABŞ dollarınaçatdırıb. Dövr ərzində Hindistan ilə idxal əməliyyatları ölkəninümumi idxalının 1,19%-ni təşkil edib.