RU

Lunin Avropa çempionatının favoritini AÇIQLADI

Ukrayna millisinin qapıçısı Andrey Lunin Avro-2024-ün əsas favoritini açıqlayıb

90deqiqe.Az  xəbər verir ki, "tribuna.com" onun dediklərini belə çatdırıb:

“Avronu qazanmaq üçün favorit kimdir? Hazırda - İspaniya”

Futbol üzrə İspaniya milli komandası Avropa çempionatında F qrupunda çıxış edir.

Xatırladaq ki, 2024-cü il Avropa çempionatı iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək. Qrupda birinci və ikinci yerləri tutan komandalar, həmçinin dörd ən yaxşı üçüncü yeri tutan komandalar 1/8 finala yüksələcək. Turnirin pley-off oyunları olimpiya sistemi üzrə uduzan komandaların turnirdən kənarlaşdırılması ilə keçiriləcək. İtaliya hazırkı Avropa çempionudur

Избранный
165
90deqiqe.az

1Источники