RU

''Bavariya'' Türkiyə yığmasının kapitanını transfer edə bilər

Türkiyə yığmasının kapitanı Hakan Çalhanoğlu ilə bağlı sürpriz transfer xəbəri yayılıb.

Belə ki, ''Bavariya'' təcrübəli futbolçuya maraq göstərməyə başlayıb. Əslində yarımmüdafiənin mərkəzini gücləndirmək istəyən Münhen nəhənginin ilk seçimi Joao Palyinyadı.

''Rekordmayster'' uzun müddətdi Portuqaliya yığması və ''Fulhem''in yarımmüdafiəçisinə maraq göstərir. Ötən mövsümün qış transfer dönəmində bu keçid son anda baş tutmamışdı. Bu yay isə futbolçunun menecerinin və klubunun hərəkətləri ''Bavariya'' rəhbərliyini bezdirib. 35 milyon avroluq ilk təklif London klubu tərəfindən rədd edilib. İkinci təklif isə 45 milyon avroya bərabər olub. ''Fulhem'' bunu da geri çevirsə, ''Bavariya'' bu transferdən vaz keçərək diqqətini Çalhanoğluya yönəldəcək. Amma Türkiyə yığmasının liderini ''İnter''dən qoparmaq asan olmayacaq. Çünki onun klubla 2027-yə qədər müqaviləsi var. Üstəlik Hakan ''İnter''də xoşbəxt olduğunu dəfələrlə dilə gətirib.

Xatırladaq ki, Almaniyada doğulan Çalhanoğlu daha öncə bu ölkədə ''Hamburq'' və ''Bayer-04''ün şərəfini qoruyub. 2017-də ''Milan''a transfer olunan 30 yaşlı futbolçu 2021-dən bu yana ''İnter''in şərəfini qoruyur. Hakan ötən mövsüm A seriyasında 32 oyunda 13 qol, 3 məhsuldar ötürmə ilə ''İnter''in çempionluğunda pay sahibi olmuşdu. Bu performansı ilə o, mövsümün ən yaxşı yarımmüdafiəçisi seçilmişdi.

ƏLİ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
46
football-plus.az

1Источники