RU

İrəvanda sosial narazılıqlar yaşanır, mer isə diskotekada oynayır - VİDEO

İrəvanın meri Tiqran Avinyan növbəti dəfə müxalifət saytlarının hədəfinə tuş gəlib.

News365.az xəbər verir ki, "Asakose" Avinyanın da əks olunduğu iddia edilən bir video yayıb. Qeyd edilir ki, görüntülərdə mer paytaxtdadkı diskotekalardan birində qızlarla əylənir.  Videonu politoloq Qaqik Hambaryan da özünün Facebook səhifəsində paylaşıb. Sosial şəbəkələrin erməni seqmentində gündəm olan görüntülərə görə hər kəs meri qınayıb.

Bildirilir ki, paytaxtı etiraz aksiyaları, sosial narazılıqlar bürüdüyü vaxtda məmurun vecsiz şəkildə barda, diskotekada dincəlməsi bağışlanan hal deyil. Bəziləri isə videoda düşən şəxsin Avinyan olmadığını iddia ediblər.

Tural

News365.az


Избранный
229
news365.az

1Источники