RU

Ozan Tufan Türkiyəyə qayıdır

Ozan Tufan iki illik İngiltərə macərasının ardından vətəninə qayıtmağa hazırlaşır.

Yağız Sabuncuoğlunun məlumatına görə ''Trabzonspor'' ''Hall Siti''nin yarımmüdafiəçisi ilə ilkin anlaşma əldə edib.

Müqavilənin ''3+1'' illik olacağı gözlənilir. 29 yaşlı futbolçunun transferi üçün trabzonluların başqanı Ərtuğrul Doğan ilə ''Hall Siti''nin başqanı Acun Ilıcalı arasında razılıq əldə olunub. Transferin ən qısa müddətdə açıqlanacağı gözlənilir. İki klub arasındakı anlaşmaya əsasən qaradənizlilər ingilislərə 2 milyon avro təzminat ödəyəcək. Xatırladaq ki, ''Bursaspor''un yetirməsi olan və uzun illər ''Fənərbaxça''nın şərəfini qoruyan Ozan 2022-dən ''Hall Siti''nin uğurları üçün tər tökürdü. Onun ''pələnglər''lə müqaviləsinin müddəti 2025-in yayına qədər nəzərdə tutulmuşdu.

Ozan ötən mövsüm ''Hall Siti''də 40 rəsmi oyuna 10 qol vurmuşdu. Amma bu performansı AÇ-yə yollanmaq üçün kifayət etməmişdi.

ƏLİ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
107
football-plus.az

1Источники