Demokrat.az xəbər verir ki, Mücahid 2 ildir torpağını alacağı ilə hədələyən şəxs tərəfindən aldadılaraq xəstəxanaya aparıldığını və cinsiyyətinin dəyişdirilməsi əməliyyatı edildiyini iddia edib.
Xəstəxanada əməliyyat olunduğunu deyən gənc anesteziyadan oyananda cinsi orqanının olmadığını gördüyünü deyib.
NDTV-yə danışan Mücahid “Məni bura gətirdi və səhəri gün əməliyyat olundum. Özümə gələndə həqiqəti gördüm. Oyananda cinsi orqanım yox idi” ifadələrini istifadə edib.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Əfsanə Rəcəb
Demokrat.az