RU

ETPİ-də Elmi Şuranın növbəti iclası keçirilib

Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda (ETPİ) Elmi Şuranın növbəti iclası keçirilib.
 
ETPİ-dən Aztibb.az-a verilən xəbərə görə, institutunun direktoru, Elmi Şuranın sədri t.ü.f.d., dos Aynur Poluxova keçirilən iclasın gündəliyini iştirakçıların diqqətinə çatıdırb. O, gündəliyə institutun elmi şöbələrinin (Tibbi sosial araşdırmalar və elmi-tədqiqat işlərinin planlaşdırılması şöbəsi və Diaqnostik tədqiqatlar laboratoriyası) 2024-cü il üçün yarımillik hesabatı və müxtəlif məsələlərin daxil olduğunu bildirib.
 
İclasda elmi şöbələrin rəhbərləri tərəfindən 2024-cü il üçün illik hesabatlar dinlənilib. Hesabatların geniş müzakirəsi keçirilib, tövsiyələr verilib və açıq səsvermə ilə qənaətbəxş hesab olunub.
 
Elmi katib t.ü.f.d., dos. Sevinc Nəsirova ETPİ tərəfindən işğaldan azad olunan ərazilərə “Böyük Qayıdış” Proqramı çərçivəsində Səhiyyə Nazirliyi tərəfindən davamlı olaraq təşkil olunan tədbirlər zamanı əhali arasında tibbi xidmətə əlçatanlığın təmin olunması və ilkin səhiyyə xidmətinin təkmilləşdirilməsi məqsədilə kompleks tibbi müayinələr və sağlamlığın təşviqi istiqamətində maarifləndirici tibbi aksiyalar barədə məlumat verib.
 
Tədbirdə gündəlikdə olan müxtəlif məsələlər şura üzvləri ilə müzakirə edilib, irad və təkliflər bildirilib.
 
Sonda direktor qarşıya qoyulan vəzifələrin uğurla həyata keçirilməsi üçün öz tapşırıq və tövsiyələrini verib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
56
aztibb.az

1Источники