RU

Ölümü yaxınlaşdıran idxal: Bu məhsulu mətbəximizə necə ötürürlər?

Bu ilin birinci rübündə Azərbaycana xaricdən 13,6 milyon ABŞ dolları dəyərində 11 min 880 ton palma yağı gətirilib. Dövlət Statistika Komitəsinin hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 89 faiz, kəmiyyət olaraq - iki dəfə çoxdur. Hesabat dövründə Azərbaycan İndoneziyadan 12,4 milyon ABŞ dolları dəyərində 10 min 914 ton (bir il əvvəl tədarük olmayıb), Malayziyadan 1,1 milyon ABŞ dolları dəyərində 899 ton (bir il əvvəlki göstəricidən 84,6 faiz az), Rusiyadan 59 min ABŞ dolları dəyərində 42,6 ton və Türkiyədən 31,9 min ABŞ dolları dəyərində 23,3 ton (bir il əvvəl tədarük olmayıb) məhsul alıb. Mütəxəssislərdən də davamlı eşidirik ki, bu məhsul insan orqanizmi üçün çox təhlükəlidir. Bəs o zaman niyə hər il idxalı daha da artır?

Bir bitkidən alınan iki fərqli məhsul

İqtisadçı Akif Nəsirlinin sözlərinə görə, palma yağı dedikdə eyni ad altında iki fərqli struktura malik yağ nəzərdə tutulur: “Birincisi, palma meyvəsinin lətindən alınır, ikincisi isə palma meyvəsinin toxumlarından hazırlanır. Palma meyvəsinin lətindən alınan yüksək keyfiyyətli bitki yağıdır. İnsan orqanizmi üçün müstəsna əhəmiyyətə malikdir. Amma palma toxumlarından alınan yağ insan orqanizmi üçün zərərlidir, qida sənayesi üçün yararsızdır”.

A.Nəsirli bu zərərli yağın ölkəmizə gətirilməsi səbəblərini də açıqladı: “Rəqəmlərdə ölkəmizə gətirilən məhsulların palma meyvəsinin toxumundan, yoxsa lətindən hazırlandığı göstərilmir. Ümumiyyətlə, belə bir təsnifat aparılmır. Palma meyvəsinin toxumundan alınan yağ dünyada ən ucuz hesab olunur. Bahalı yağlar ölkəmizə külçə şəklində gətirilir və burada qablaşdırılır. Həmin yağlara ən az 20 faiz palma yağı qatılır. Beləliklə, bahalı və keyfiyyətli yağ kimi insanlara təqdim olunur. İşbazlar 10 dəfə daha çox qazanc əldə etmiş olurlar”.

Sənaye adı ilə gətirilib, mətbəximizə daxil olur

İqtisadçı qeyd etdi ki, işbazlar külli miqdarda qazanc əldə etdiyi üçün müxtəlif adlarla bu məhsulu ölkəmizə gətirməyi bacarırlar: “İdxal edərkən də təyinatını dəyişirlər. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə bəyan edirlər ki, palma yağını sabun sənayesində istifadə etmək üçün gətirirlər, lakin ərzaq məhsullarının tərkibinə qatılır. Əldə edilən qazanc çox olduğu üçün də palma yağının idxalı ildən-ilə artır. Araşdırmaq lazımdır ki, bu yağ sənayedə hansı məqsədlərlə istifadə olunur ki, bu qədər idxal edilir. Doğrudan da ondan sabun, sürtgü materialları hazırlanır, texniki məsələlər üçün istifadə olunur? Bununla bağlı müşahidələr aparılmalıdır”.

Qidaların ömrünü uzadır

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
4
17
publika.az

10Источники