RU

Bəd niyyətin göstəricisi: Və ya Makronun düşdüyü isterik vəziyyət

Azərbaycan və Ermənistan sülhə yaxınlaşdıqca, prosesi çıxmaza sürükləmək istəyənlər öz bəd niyyətlərini göstərməyə başlayıblar. Baş rolda həmişə olduğu kimi Emmanuel Makronun rəhbərlik etdiyi Fransadır. Onlar bu dəfə də İrəvana yağlı vədlər verərək baş nazir Nikol Paşinyanı sülh yolundan döndərməyə çalışırlar. Hədiyyə olaraq isə Paris İrəvanla bağlanmış yeni müqaviləyə əsasən, Ermənistana yaxın bir ildə 36 ədəd “Caesar” özüyeriyən artilleriya sistemi göndərəcək. Məsələyə rəsmi Bakının kəskin etirazı özünü çox gözlətməyib. Azərbaycan Müdafiə Nazirliyi bəyan edib ki, Cənubi Qafqaz regionunda vəziyyətin gərginləşməsinə və yeni müharibə ocağının yaranmasına görə məsuliyyəti tam şəkildə revanşist siyasət yürüdən Ermənistan rəhbərliyi və Makron diktaturası daşıyacaq.

Fransanın Cənubi Qafqazda destruktiv fəaliyyəti genişləndirməsi əslində Makronun düşdüyü isterik vəziyyətin psixoloji təzahürləridir desək, yanılmarıq. Məlumdur ki, bir müddət əvvəl Avropa Parlamentinə keçirilən seçkilərdə Makronun partiyası Fransada seçicilərin ən az etimadını qazanmış iqtidar partiyası olaraq tarixə düşüb. Bu acı məğlubiyyətin əsas səbəbləri sırasında Makronun daxili və xarici siyasət kursunun ardıcıl olaraq iflasa uğraması və qarşısına qoyduğu hədəflərə sadəcə uzaqdan boylanmaq məcburiyyətində qalması göstərilir. Təbii ki, Makronun siyasi iflasının əsas səbəbləri sırasında Cənubi Qafqazın aparıcı gücü hesab edilən Azərbaycanın neokolonializmə qarşı apardığı mübarizə də var. Həmçinin Bakının iradəsi ilə bölgədə yaradılan yeni reallıqların Parisin dünyaya ağalıq iddiasının əsasını təşkil edən "19-cu əsr Fransanın siyasi ideyaları"nın burada keçərsiz olduğunu sübut etməsi də gözardı edilə bilməz.

Erməni lobbisinin oyuncağına çevrilmiş rejim

İndi isə Makron üzləşdiyi acı reallıqların yaratdığı təzyiqlərə tab gətirməyərək ölkədə növbədənkənar parlament seçkiləri elan edib. Hazırkı Milli Assambleyanın qatı ermənipərəst mövqedən çıxış etdiyi heç kimə sirr deyil. Burada əsas məqsəd isə Fransa daxilində böyük təsir gücünə malik erməni lobbisinin könlünü oxşamaqdır. İndi də Makron növbədənkənar parlament seçkilərində əsl fransız seçicinin etimadını əldə etmək əvəzinə, əlində siyasi kuklaya çevrildiyi erməni lobbisinin səslərini qazanmaq üçün yenidən dövlət maraqlarını ikinci plana keçirən assimmetrik qərarlar verməklə məşğuldur.

Soyqırımı törədənlərin yetirməsi

Makronun iqtidarını qoruması üçün bu siyasi gedişin özünü müəyyən qədər doğruldacağı da istisna deyil. Ancaq sual olunur: Fransa cəmiyyəti ölkəni uçuruma aparan bu oyunbazın siyasət səhnəsindən uzaqlaşdırılması ilə bağlı qərar qəbul etməkdə bu dərəcədəmi acizdir? Görünən odur ki, prezident kürsüsünü özündən də çox istəyən Makron üçün Ukraynada həlak olacaq fransızlar, göndərdiyi " “Caesar" toplarının açacağı atəş nəticəsində başlaya biləcək yeni müharibədə həyatını itirəcək ermənilərin taleyi o qədər də önəmli deyil. Bəlkə də heç önəmli deyil. Axı Makron Şimali Afrikada milyonlarla günahsız insanın soyqırımını həyata keçirən, bununla fəxr etdiklərini açıqlayan və öz əməllərinə nümayişkaranə surətdə haqq qazandıran "siyasətçilər"in yetirməsidir.

Избранный
93
50
publika.az

10Источники