Son bir həftədə Xankəndi şəhəri ərazisindən xeyli sayda silah-sursat aşkarlanıb. Yeniavaz.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, həyata keçirilən tədbirlərlə 15-21 iyun tarixlərində polis əməkdaşları tərəfindən Xankəndi şəhəri ərazisindən 14 avtomat silahı, 5 tüfəng, 12 qumbara, 1 qumbaraatan, 14 alışdırıcı, 26 patron darağı, 400 müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.