RU

Cinayət törətməkdə şübhəli bilinən 37 nəfər saxlanılıb - DİN

Bakı. Trend:

İyunun 21-də ölkə ərazisində qeydə alınan 43, əvvəlki dövrlərdənbağlı qalan 4 cinayətin açılması polis əməkdaşları tərəfindən təminolunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, axtarışdaolduğuna görə ümumilikdə 145, o cümlədən borclu şəxs qismindəaxtarılan 113 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Həmin gün narkotiklərlə əlaqədar 23, qanunsuz saxlanılansilah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 4 faktmüəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 37 nəfər saxlanılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
50
az.trend.az

1Источники