RU

Afrika Millətlər Kuboku təxirə salındı

Afrika Futbol Konfederasiyası (CAF) rəsmi saytı vasitəsilə 2025-ci ildə Mərakeşdə keçiriləcək Afrika Millətlər Kubokunun tarixini açıqlayıb.

Fanat.Az xəbər verir ki, turnir 21 dekabr 2025-ci il - 18 yanvar 2026-cı il tarixləri arasında baş tutacaq. 

Halbuki yarışın 2025-in yayında keçirilməsi nəzərdə tutulurdu.

CAF prezidenti Patris Motsepe Afrika Millətlər Kubokunun qış aylarına salınmasının səbəbini belə izah edib: “Əminəm ki, Mərakeşdəki turnir son dərəcə uğurlu olacaq və tarixin ən yaxşısı kimi yaddaşda qalacaq. Tarixlərin elanı gözləniləndən xeyli uzun çəkdi, çünki beynəlxalq və yerli oyunların geniş təqvimi fonunda müxtəlif maraqlı tərəflərlə mürəkkəb müzakirələr aparıldı. CAF Avropa və dünyanın futbol klublarında oynayan afrikalı oyunçuların maraqlarını qorumağa, təşviq etməyə sadiqdir.

CAF həmçinin ECA, UEFA, FIFA və digər futbol konfederasiyaları ilə qarşılıqlı faydalı əlaqədədir. Biz Afrika futbolunun qlobal miqyasda rəqabətədavamlı və dünyanın ən yaxşıları arasında olmasına çalışmağa davam edəcəyik”.

2024-cü ildə Mərakeşdə qadınlar arasında Afrika Millətlər Kubokunun keçirilmə tarixləri də açıqlanıb. Turnir 2025-ci il iyulun 5-dən iyulun 26-dək keçiriləcək.

Mirağa 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
23
1
fanat.az

3Источники