RU

Bölgələrdə yağış yağıb, şimşək çaxıb, Göygölə dolu düşüb

Bölgələrdə arabir leysan xarakterli yağış yağır, şimşək çaxır. Düşən yağıntının miqdarı aylıq normanın 22-40 %-ni təşkil edib.

Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova APA-ya bildirib ki, gecə saat 03:00 radələrində Göygöl rayonu Üçtəpə kəndinə dolu düşüb.

“Bu gün bölgələrdə hava şəraitinin arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Bəzi yerlərdə yağıntıların leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimal olunur. Hazırda şərq küləyi əsir.”

G.Abbasovanın sözlərinə görə havanın temperaturu Aran rayonlarında 30-35 dərəcə isti, dağlıq rayonlarda 17-22 dərəcə isti təşkil edəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
62
17
apa.az

10Источники