RU

Denzel Dumfris: “Teo Ernandesə qarşı nifrətim yoxdur”

İtaliya çempionu “İnter”in müdafiəçisi Denzel Dumfris “Milan”ın fransız müdafiəçisi Teo Ernandeslə münasibətindən danışıb.

Arena.az niderlandlı futbolçunun bu barədə fikirlərini təqdim edir:

“Onunla hər zaman qızğın döyüş olur, amma bu, derbi üçün adi haldır. Bununla belə, Teo ilə heç bir fitnə-fəsadım yoxdur. Hər birimiz klubumuzun rənglərini qoruyuruq. O, “Milan”ı sevir, mən “İnter”i sevirəm. Onunla meydanda görüşmək həmişə xoşdur, çünki bu, əsl döyüşdür”, deyə Dumfris vurğulayıb.

Xatırladaq ki, Dumfris bir müddət öncə Teo Ernandesə qarşı xoşagəlməz davranış nümayiş etdirmiş və bu, qalmaqala səbəb olmuşdu. Söhbət Dumfrisin “İnter”in çempionluğunu üstüaçıq avrobusda qeyd etdiyi zaman, üzərində “Milan”ın fransız sol cinah müdafiəçisi Teo Ernandesin köpək kimi zəncirdə təsvir edildiyi posteri başı üzərinə qaldıraraq çılğıncasına yellədiyi məqamdan gedir.

Denzel Dumfris “İnter”ə 2021-ci ilin avqust ayında 14,25 milyon avro məbləğ müqabilində PSV-dən keçib. Yarımmüdafiəçinin “neradzurri” ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Geridə qalmış 2023/2024 mövsümündə Dumfris “İnter”in heyətində 36 oyuna çıxıb, 4 qol vurub, 6 məhsuldar ötürmə verib. Dumfrisin “neradzurri”nin heyətində çıxışının ümumi mənzərəsi belə təsvir yaradır: 132 oyun, 11 qol, 20 məhsuldar ötürmə.

Denzel Dumfris 2018-ci ilin oktyabrında debüt etdiyi Niderland yığmasının heyətində 55 oyuna 6 qol, 16 məhsuldar ötürmə ilə fərqlənib.

“Transfermakrt” internet-portalı 28 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 24 milyon avro məbləğində qiymətləndirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
56
arena.az

1Источники