RU

Qalxan aorta anevrizması və müalicəsi

Ən sıx rast gəldiyimiz anevrizma növü - qalxan aortada olan anevrizmalardır. Bu, Asendan Aorta Anevrizması adlanır.
 
Bu barədə Aztibb.az-a Liv Bona Dea Hospitalının həkimi, tanınmış ürək-damar cərrahiyyə uzmanı Cabir Gülmalıyev məlumat verib.
 
Onun sözlərinə görə, Asendan (qalxan) Aorta Anevrizması Aorta Kökü genişlənməsi ilə birlikdə ola bilər. Bu vəziyyət ümumiyyətlə aorta qapaq çatışmazlığı ilə birlikdə yaranır və ya aorta qapağındakı ciddi darlıq gec dövrdə aorta kökünü genişləndirir. (Genişlənən aorta kökünün qapaqla birlikdə dəyişməsi Bentall Əməliyyatı ilə həyata keçirilir)
 
Həkim qeyd edib ki, müdaxilə gərəkdirən anevrizmalar üçün TEVAR yaxud EVAR metodları və ya cərrahi müdaxilə (Aorta Replasmanı) tövsiyə edilir.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
38
aztibb.az

1Источники