RU

Çin təyyarələri Tayvan sahillərinə yaxınlaşıb

Çin Xalq Respublikasının (ÇXR) Silahlı Qüvvələrinin 41 təyyarəsi və 7 gəmisinin Tayvana yaxınlaşması qeydə alınıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə adanın müdafiə qurumu məlumat yayıb.

Qeyd olunub ki, sözügedən qruplaşmadan 32 təyyarə Tayvan hava hücumundan müdafiə identifikasiya zonasına daxil olub.

Hədəfləri izləmək üçün zenit raket sistemləri, habelə adanın aviasiya və donanması istifadə edilib.

Bundan əvvəl “Reuters” agentliyi ABŞ və Çinin son 5 ildə ilk dəfə nüvə silahı məsələsi üzrə yarırəsmi danışıqları bərpa etdiyini bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
55
10
azpolitika.info

10Источники