RU

Ermənistanda Qarabağ erməniləri niyə tez-tez döyülürlər? - Vəkil səbəbləri açıqladı

Ermənistanda Qarabağdan getmiş ermənilərə qarşı aqressiya artmaqdadır. 

News365.az xəbər verir ki, Qarabağdan olan hüquqşünas Roman Yeritsyan növbəti dəfə gəlmə ermənilərin döyülməsi barədə məlumat yayıb. "Mamul" nəşri vəkilin fotolarla təqdim etdiyi yeni insident barədə yazıb: “Təsüvvür edin ki, Qarabağ ermənisi aksiyada boş plastik su qabı atanda, həmin gün kameralarda onu tapıb kimliyini müəyyən edirlər. 15 polis əməkdaşı ona qarşı zərərçəkmiş kimi çıxış edir.

Onu rayonlardan birinin ucqar kəndində xuliqanlıqda şübhəli bilinərək yaxalayır, elə həmin gün də dəmir barmaqlar arxasına atırlar. Amma Komitas prospektində taksi gözləyən 65 və 51 yaşlı iki qarabağlını təhlükəsizlik kameraları qarşısında çiynindən vururar. Guya onlar insanlara yol verməyirlərmiş. Bundan başqa maşından götürdükləri əşyayla vəhşicəsinə döyülüblər də. Hətta bir neçə metr aralıda onlarla insan dayanıb baxıb. Amma müstəntiq, İstintaq Komitəsi cinayətkarı tapa bilmir... Xəstəxanada olanda belə onların qanlı paltarları sübut kimi götürülməyib. Onlar qarabağlıları zəzrəçəkmiş kimi tanımağa tələsmirlər... Amma müəyyən insanlar bir müddət əvvəl qarabağlıların qapılarını gəzərək “hər şeyin yaxşı olacağına” söz verərək, mitinqlərə çxmamağa çağırmağı bacarırlar! Paylaşdığım fotolarda Qarabağda yaşamış sakinlərdir ki, onlar eyni zamanda Estoniya və Hollandiya vətəndaşları da sayılırlar. Bir daha deyirəm ki, onlar bu gün Komitas küçəsində yerləşən "SAS" supermarketinin qarşısında yolda dayanıblarmış. Guya kiməsə yol vermədikləri üçün beysbol dəyənəyi ilə vəhşicəsinə döyülüblər. Onlar kəllə sümüyünün sınığı diaqnozu ilə Heratsi xəstəxanasının reanimasiya şöbəsindədirlər. Hücum edən şəxs həbs edilibmi? Əlbəttə yox. İstintaq Komitəsinin başı siyasi təqiblərə qarışıb. Sadəcə onu deyim ki, bu əməl xüsusilə ağır cinayət hesab olunur. Amma qarabağlı birinin butulka atması ciddi ittiham kimi təqdim olunur".

Tural

News365.az


Избранный
100
news365.az

1Источники