RU

Deşam təəssüfləndi

style='margin-bottom:10px;'>

Fransa millisinin baş məşqçisi Didye Deşam Avro-2024-ün qrup mərhələsinin 2-ci turunun Niderland ilə oyunu (0:0) haqda fikirlərini bölüşüb.

QOL.az UEFA-nın saytına istinadən xəbər verir ki, mütəxəssis qələbə qazana bilmədiklərinə görə təəssüflənib: 

“Yeganə təəssüfləndiyim məqam səmərəlilikdir. Təəssüf ki, qol vura bilmədik. Niderland yığması həmişəkindən daha ehtiyatlı davranırdı. Rəqibimizlə müqayisədə toparlanmaq üçün ən azı 36 saat vaxtımız var idi. İstənilən halda biz yaxşı futbol oynadıq. Maksimum yaxşı nəticə qazanmaq üçün mümkün olan hər şeyi etdik. Ümid edirəm ki, növbəti turda qalib gələcəyik və istəyimizə çatacağıq”.

Xatırladaq ki, Avro-2024-ün qrup mərhələsinin iki turundan sonra Fransa yığması 4 xalla D qrupunda liderdir. Eyni xalı olan Niderland isə 2-cidir. 3-cü turda Fransa yığması Polşa ilə, Niderland isə Avstriya ilə qarşılaşacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
52
teleqraf.com

1Источники