RU

Ekoloqdan XƏBƏRDARLIQ: “İldırım çaxan zamanı bunlardan uzaq dayanın..." 

“Bu gün dünyada baş verən qlobal istiləşmə nəticəsində müəyyən proseslər gedir. Bu proseslərdən biri də atmosferdə olan dəyişiklərdir. Bu dəyişiklər nədən ibarətdir? Atmosferdə, havada su buxarı kondensasiya etdikdə, yuxarı qalxan hava axını kondensasiya etmiş havanın damcıları içərisindən sürətlə keçməyə başlayır və parçalanır. Parçalandıqda isə bunlardan mənfi və müsbət ionlar ayrılır. Bunlar da indiki dövrümüzdə ildırım, şimşək çaxmasına səbəb olur. İldırım gurultu deməkdir. Səma ilə yer arasında bir elektrik boşalmasıdır”
 
Bunu Moderator.az-a açıqlamasında Biologiya üzrə fəlsəfə elmləri doktoru, ekoloq, dosent Gülçöhrə Hüseynova deyib. O daha sonra ildırımdan qorunma qaydalarından danışıb.
 
“Biz elektrik cərəyanına baxsaq görərik ki, onun vurması 220 voltdursa, ildırım çaxması nəticəsində yaranan elektrin cərəyanı ondan 5-10 dəfə artıqdır. Hər il dünyada 3 mindən çox insan ildırım vurması nəticəsində rəhmətə gedir. Dünyanın müxtəlif nöqtələrində 100-dən çox ildırım çaxması qeydə alınır. İldırım çaxması təbii ki, zonadan, relyefdən asılı olaraq dəyişə bilir. Dağlıq, dağətəyi, düzən zonalarında fərqli qorunmalardan istifadə oluna bilər. Əgər düzən sahəsində ildırım çaxması baş verirsə, sahədə əgər tək ağac varsa insanlar oradan uzaqlaşmalıdırlar. İnsanlar əgər toplaşıblarsa, bir-birlərindən 15 metr aralı məsafədə dayanmalıdırlar. Əgər heç bir sığınacaq, bağlı bir məkan yoxdursa, zərərçəkən şəxs dizlərinin üstündə uzanıb, emberial bir vəziyyət almalıdır. O ildırımdan bu vasitə ilə qoruna bilər. Və yaxud da maşın varsa, maşına girib orada otura bilərlər. Çünki maşının təkərləri elektrik keçiriciliyini, təması azaldır. Əgər kiminsə əlində telefon varsa, telefonla danışmağı dayandırmalıdır. Elektrikə qoşulu nə varsa onu cərəyandan ayırmaq, ildırım çaxan vaxtı mənzillərin pəncərələrini bağlamaq lazımdır” deyə o bildirib.
 
 
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
55
moderator.az

1Источники