Türkiyəyə məxsus "Ajet" (Anadolujet) hava yolu şirkətinin Bakıya uçuşu gecikir.
Milli.Az bildirir ki, 23:50'də uçması nəzərdə tutulan təyyarənin uçuşu iki dəfə ərtələnib. Təyyarənin 01:25-də havaya qalxması planlaşdırılır.
Hazırda sərnişinlər arasında narazılıq yaranıb, şirkət vəziyyəti yüngülləşdirmək üçün onlara pulsuz içki paylayır, gecəni hava limanında keçirəcək sərnişinlərə sadəcə su paylanması onları daha da qıcıqlandırıb.
Milli.Az