RU

Bu ölkələr hərbi nəqliyyat dəhlizi yaradırlar..?

...Finlandiya, Norveç və İsveç “görünməmiş” kimi təqdim edilən addım atırlar.

Belə ki, onlar Rusiyadan gələn təhlükə səbəbindən hərbi nəqliyyat dəhlizi yaratmağa razılaşıblar.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə“La Razon” xəbər verir.

Məqalədə qeyd edilir ki, bu layihə Finlandiya və İsveçin NATO-ya bu yaxınlarda daxil olması sayəsində mümkün olub.

Beləliklə, Rusiya ilə qonşu olan ölkələr - Finlandiya, Norveç və İsveç qoşunların və silahların daşınmasına imkan verəcək “hərbi dəhliz” yaratmaq barədə razılığa gəliblər.

Məqalədə deyilir ki, bu “görünməmiş tədbir”bu ölkələrdən hər hansı biri üçün Rusiya tərəfindən ən kiçik hərbi təhlükə yaranarsa, Norveç limanlarından hərbi personalın sürətlə qonşu ölkələrə daşınmasının mümkün olacağını təmin etmək məqsədi daşıyır.

Norveçin baş naziri Jonas Qar Store tərəfindən cümə axşamı elan edilən layihə Finlandiya və İsveçin NATO-ya bu yaxınlarda qoşulması ilə mümkün olub. Hər iki ölkə bu qərarı Ukrayna münaqişəsinin başlanmasından sonra Rusiya təhlükəsinin artması səbəbindən qəbul edib.

Nəşr Norveçin bəyanatına istinadən yazır ki, indi bu üç ölkənin müdafiə nazirləri mülki şəxslərlə əməkdaşlıq edərək bu layihəyə potensial maneələri müəyyən etməli, qayda və qanunları yeniləməli, sürətli eləcə də səmərəli işi təmin etmək üçün lazımi infrastruktura sərmayə qoymalıdırlar.

Ağasəf Babayev

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
63
sia.az

1Источники