RU

Yunanıstanda koronavirusa görə xəstəxanaya yerləşdirilənlərin sayı artıb

Yunanıstanda COVID-19 səbəbiylə xəstəxanaya yerləşdirilənlərin sayında artım olduğu bildirilir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Belə ki, Yunanıstan Milli İctimai Səhiyyə Təşkilatının (EODY) açıqladığı həftəlik hesabata görə, 10-16 iyun tarixləri arasında COVID-19 epidemiyası səbəbindən xəstəxanaya yerləşdirilən xəstələrin sayı 324 nəfər olub. 10-16 iyun tarixləri arasında COVID-19-dan 5 nəfər dünyasını dəyişib, 12 nəfər intubasiya olunub. Əvvəlki dörd həftə ərzində xəstəxanaya yerləşdirilmələrin orta göstəricisi 166 olub.

Избранный
129
9
operativmm.az

10Источники