RU

Almaniya qanunları Yamala hansı qadağanı tətbiq edir?

AVRO-2024-də İspaniya yığması Lamin Yamalın yaşı ilə bağlı problemlərlə üzləşə bilər.

İdman.biz xəbər verir ki, Almaniyanın qanunlarına görə, yaşı 18-ə çatmayan şəxslər saat 20:00-dan sonra əmək fəaliyyəti ilə məşğul ola bilməzlər.

Düzdür, idmançılar üçün saat 23:00-dək güzəşt nəzərdə tutulub. Amma həmin andan sonra müsahibə vermək, bərpa prosesi keçmək, duş qəbul etmək qadağan olunub. İtaliya ilə oyunun saat 21:00-da start götürdüyünü nəzərə alsaq, artıq ispanlar hər hansı cəza ilə üzləşə bilərlər. Yamalın diskvalifikasiyası gözlənilməsə də, İspaniya millisinin 30 min avro məbləğində cəzlandırılması gözlənilir.

Qeyd edək ki, Lamin Yamalın 17 yaşı tamam olmayıb və Avropa çempionatının ən gənc futbolçusudur. İspaniyanın qrupda Albaniya ilə son matçı saat 21:00-da start götürəcək.

İdman.biz

Избранный
97
idman.biz

1Источники