RU

AÇ-2024: Avstriyadan Polşa üzərində inamlı qələbə

Futbol üzrə Polşa və Avstriya yığmaları Almaniyada keçirilən 17-ci Avropa çempionatında (AÇ-2024) növbəti oyunlarına çıxıblar.

Arena.az xəbər verir ki, 4 ildən bir keçirilən mötəbər turnirdə 24 komanda mübarizə aparır.

8-ci oyun gününün ikinci matçında Polşa və Avstriya yığmaları üz-üzə gəliblər. Berlin şəhərində keçirilən matçda avstriyalılar inamlı qələbəyə seviniblər.

Berlindəki Olimpiya Stadionunda keçirilən D qrupunun oyununda hesabı 9-cu dəqiqədə qalib komandanın heyətində Gernot Trauner açıb. İlk yarım saatın tamamında Kşiştof Pyontek “status kvo”nu bərpa edib. 66-cı dəqiqədə Kristof Baumqartner Polşa millisini növbəti dəfə oyuna mərkəzdən başlamağa məcbur edib. Oyunun yekun nəticəsini isə Marko Arnautoviç təyin edib. 79-cu dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirən futbolçu Avstriyanın qələbəsində pay sahibi olub.

Qeyd edək ki, D qrupunun digər matçı Niderland və Fransa yığmaları arasında keçiriləcək. Bu oyuna Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.

AÇ-2024
D qrupu
21 iyun

Polşa – Avstriya 1:3
Qollar: Kşiştof Pyontek, 30 – Gernot Trauner, 9. Kristof Baumqartner, 66. Marko Arnautoviç, 79-pen.
Baş hakim: Halil Umut Meler (Türkiyə).
Berlin. “Olimpiya” stadionu.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
55
arena.az

1Источники