RU

Avropa İttifaqı iki ölkə ilə danışıqlara başlayır

Avropa İttifaqı (Aİ) Ukrayna və Moldovanı Qərb dövlətləri ilə yaxınlaşdırmaq və Rusiyanın təsirini azaltmaq üçün onlarla üzvlük danışıqlarına rəsmən başlamaq qərarına gəlib.

Teleqraf.com xəbər verir ki, müzakirələrinin başlayacağı barədə bəyanat yayılıb.

Bəyanatda deyilir ki, müzakirələr iyunun 25-də Lüksemburqda başlayacaq. Ukrayna Rusiya müharibəyə başladıqdan az sonra Aİ-yə müraciət edib. Aİ-yə üzv olan 27 ölkənin liderləri ötən il Ukrayna və Moldovanın quruma daxil olması üçün danışıqlara başlamaq barədə razılığa gəliblər. Namizəd ölkələr Aİ-yə üzv olmaq üçün bir sıra iqtisadi və siyasi tənzimləmələri yerinə yetirməlidirlər.


Müəllif: Arzu
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
57
teleqraf.com

1Источники