RU

Peskov Putinin Baydenlə danışıqlara hazır olduğunu açıqlayıb

Rusiya ABŞ ilə danışıqlara açıq olduğunu açıqlayıb. Bu barədə ölkə prezidentinin sözçüsü Dmitri  Peskov bildirib.

"Rusiya prezidenti Vladimir Putin ABŞ ilə təhlükəsizlik məsələləri üzrə danışıqlara açıqdır, lakin danışıqlar "hərtərəfli” olmalı və Ukrayna mövzusunu əhatə etməlidir.Qobal təhlükəsizliklə bağlı problemlərin yığılması səbəbindən belə dialoq zəruridir",- Peskov söyləyib.


Rusiya Ukrayna müharibəsində qarşılıqlı olaraq Bayden və Putin dəfələrlə qarşılıqlı şəkildə ittihamlarla çıxış ediblər. Belə ki, Putin Baydeni Ukraynaya dəstək olmaqda Baydeni günahlandırıb.

Rusiya 2022-ci ilin fevralından Ulraynada hərbi əməliyyatlar keçirməsi barəsində qərar qəbul edib. Qərardan sonra dünyanın bir çox məşhur brendləri Rusiya bazarını tərk edib. Buna baxmayaraq Rusiya geri addım atmayıb. Hazırda ABŞ və Avropanın 27 ölkəsi tərəfindən Rusiyaya qarşı 14-cü sərt sanksiya paketi qəbul olunub.

Gülnar
www.anews.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
55
anews.az

1Источники