RU

Ermənistan parlamentində Avropa Birliyinə üzvlük referendumu ilə bağlı dinləmələr gedir...

Image

Qulamhüseyn Əlibəyli: “Referendum məsələsinin gündəmə gətirilməsi Rusiyaya qarşı bir təzyiqdir”

Ermənistan parlamentində Avropa İttifaqına (Aİ) üzvlüklə bağlı referenduma dair dinləmələrin keçirilməsinə qərar verilib. Bu barədə Ermənistan parlamentinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda qeyd olunur ki, dinləmələrin keçirilməsi təşəbbüsü ilə Demokratik Qüvvələrin Platforması və vətəndaş cəmiyyətinin nümayəndələri çıxış ediblər. Bundan əlavə, ixtisaslaşdırılmış komissiyanın rəhbəri Arman Eqoyan və üzvlərinin bu təşəbbüsü dəstəklədiyi vurğulanır. Açıqlamada referendumun nəticələrinin Milli Assambleyaya növbəti seçkilərdə iştirak edəcək siyasi qüvvələr üçün bələdçi ola biləcəyi qeyd edilib. 

Bundan başqa Respublika Partiyasının sədri Aram Sarkisyan “Ermənistanın Aİ-yə üzvlüyü ilə bağlı referendum” qurultayında deyib ki, Biz “Ermənistanın Aİ-yə üzvlüyü ilə bağlı referendum” mövzusunu heç kimə qarşı qaldırmamışıq, məqsədimiz dürüst, yalnız Ermənistan Respublikasına və Ermənistan hakimiyyətinə bu boşluğu uğurla aradan qaldırmağa kömək etməkdir.

Ümumən, belə bir bir qərar Ermənistanın Avrasiya İqtisadi İttifaqı ilə vidalaşması deməkdir. Rusiyadan aralanmağın daha bir göstəricisidir. Ona görə də bu, Ermənistana nə kimi gələcək vəd edir? Bu prosesin nə kimi davamiyyəti ola bilər?

“Bu yolla Qərbdən daha çox şey qoparmağa, dəstək əldə etməyə çalışırlar” 

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən sabiq millət vəkili, hüquqşünas Qulamhüseyn Əlibəyli buna bir neçə konteksdən yanaşdı: “Ermənistan parlamentində Avropa İttifaqına referendumun keçirilməsi ilə bağlı keçirilən dinləmələr yaxın perespektivdə bu ölkə üçün heç bir gələcək vəd etmir. Hər şeydən əvvəl ona görə ki, Avropa İttifaqına üzvlük təkcə bir ölkənin referendomu ilə həll olunmur. Ən azından bu qurumun standartlarına uyğunlaşmaq üçün xeyli sayda tədbirlər görülməlidir. Avroittifaq da bu standartları ayrı-ayrı ölkələrə münasibətdə müəyyən eləmir. Ermənistan bu gün Aİ-nin standartlarına nə siyasi, nə hüquqi, nə iqtisadi, nə də hərbi cəhətdən uyğun gəlmir. Ona görə də bu proses uzun müddət davam edə bilər. Sadəcə olaraq Ermənistan parlamentində bu tədbirlər bir növ niyyət xarakteri daşımış olur. O cümlədən, müəyyən məqsədlər naminə həyata keçirilmiş olur. Birinci növbədə Ermənistan bununla Rusiyadan uzaqlaşdığını göstərməyə çalışır. Nəzərə almaq lazımdır ki, Paşinyan hakimiyyətinin Rusiyadan uzaqlaşmaq niyyəti qətidir. Gələcəkdə Avropa ölkələri ilə yaxınlaşacaq. Bu yolla Qərbdən daha çox şey qoparmağa, dəstək əldə etməyə çalışırlar. Referendum məsələsinin gündəmə gətirilməsi həm də Rusiyaya qarşı bir təzyiqdir. Çünki Ermənistan Rusiyadan uzaqlaşmağa çalışsa da Moskvadan asılılığı çox böyükdür. Ona görə də Rusiyadan qopmaq elə də asan olmayacaq. Ona görə də referendum məsələsini ortaya atmaqla Rusiyanı şantaj edir. Bununla nələrisə Rusiyadan qoparmağa çalışır. Bütün hallarda baş verənlər erməni hiləgərliyinin növbəti göstəricisidir”.

Vidadi ORDAHALLI





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
46
baki-xeber.com

1Источники