RU

“Poliqon” jurnalının 12 yaşı qeyd olunub – FOTOLAR

Bu gün “Poliqon” (“AzerDefence”) hərbi-kosmik texnoloji jurnalının yaranmasının 12 ili tamam olur.

Bu münasibətlə “Poliqon” jurnalının redaksiyasında tədbir keçirilib. Tədbirdə jurnalın redaksiya heyəti, keçmiş əməkdaşları və “Poliqon” jurnalının təsisçisi mərhum jurnalist Rəşad Süleymanovun ailə üzvləri iştirak edib.

Tədbirin əvvəlində Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin, şəhid jurnalistlərin və “Poliqon” jurnalının təsisçisi Rəşad Süleymanovun xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Jurnalın hazırkı baş redaktoru Zaur Babaşov “Poliqon”un 12 illik fəaliyyəti ilə bağlı hesabatla çıxış edib. Baş redaktor jurnalın fəaliyyətinin Azərbaycanla məhdudlaşmadığını Türkiyə, İsrail, İtaliya, Qazaxıstan, Gürcüstan, Cənubi Koreya və Pakistan bazarında unikal mövqeyə malik olmasını diqqətə çatdırıb.

Z.Babaşov bildirib ki, “Poliqon” Azərbaycanda yeganə hərbi-kosmik texnoloji istiqamətli jurnal olmaqla yanaşı, qlobal media olaraq da dünya çapında inkişaf yolunda əmin addımlarla irəliləyir. Müdafiə və hərbi-sənaye şirkətləri arasında kommunikasiya körpüsü rolunu oynayan “Poliqon” jurnalının bu günədək Azərbaycan dilində 70 sayı, əlavə 8 beynəlxalq sərgidə ingilis və rus dillərində xüsusi buraxılışları olub.

Ardınca tədbir iştirakçıları çıxış edərək Rəşad Süleymanovla bağlı xatirələrini bölüşüb və “Poliqon” jurnalına gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.

Daha sonra Azərbaycan Silahlı Qüvvələrinin modernləşdirilməsi, hərbi sahədəki yeniliklərin cəmiyyətə çatdılırması və hərbi vətənpərvərliyin təbliğ edilməsində “Poliqon” jurnalı ilə əməkdaşlıq edənlər fəxri fərman ilə təltif olunub.

Sonda “Poliqon” hərbi-kosmik texnoloji jurnalının 12 yaşının tamam olması münasibəti ilə tort kəsilib.

#gallery-1 {

margin: auto;

}

#gallery-1 .gallery-item {

float: left;

margin-top: 10px;

text-align: center;

width: 100%;

}

#gallery-1 img {

border: 2px solid #cfcfcf;

}

#gallery-1 .gallery-caption {

margin-left: 0;

}

/* see gallery_shortcode() in wp-includes/media.php */

DSC

DSC

DSC

DSC

DSC

DSC

DSC

DSC

DSC

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
50
1
poliqon.az

2Источники