RU

Pentaqonun keçmiş müşaviri NATO-nun yoxa çıxmasına eyham vurub

Şimali Atlantika Alyansı hazırda ipdən asılı vəziyyətdədir.

 

Bu fikirləri X sosial şəbəkəsində Pentaqonun keçmiş müşaviri Duqlas Makqreqor bildirib.

 

“NATO  indi ipdən asılıb”, deyə o yazıb.

 

İyunun 21-də Makqreqor ABŞ-ın dünyada nüfuzunun aşağı düşdüyünü qeyd edib.

 

Onun sözlərinə görə, beynəlxalq ictimaiyyət ABŞ-ın kursunu izləməyi dayandırıb.

 

İyunun 10-da Pentaqonun keçmiş müşaviri qeyd edib ki, Qərb ölkələri Rusiyaya qarşı hərbi əməliyyatlar keçirməyə hazır deyillər.

 

Qərbdə hərbi ehtiyatlar artıq böyük ölçüdə tükənib. Bundan əlavə, NATO Rusiyanın zərbələrinə həssas olan çox az sayda dəmir yolu qovşaqlarından və dəniz limanlarından böyük dərəcədə asılıdır, hərbçi bildirib.

 

Bundan əvvəl Makqreqor bildirib ki, Ukraynada münaqişə bitdikdən sonra NATO fəaliyyətini dayandıra bilər.

 

O qeyd edib ki, alyans həmişəkindən daha zəifdir və aqressiv ritorika ilə bunu gizlətməyə çalışır. Ekspert hesab edir ki, Rusiya bunu çox gözəl başa düşür.

 

Bundan əvvəl polkovnik Makqreqor ABŞ-ı Rusiya ilə birbaşa münaqişədən qorxmaqda ittiham edib.

 

Nigar

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
55
oxu24.com

1Источники