RU

16 xəstənin ölümünə bais olan tibb bacısı hakim qarşısına çıxarıldı

Oğurlayıb satdığı dərmanları krant suyu ilə əvəzləyən tibb bacısının məhkəməsi keçirilib.

Teleqraf.com xarici KİV-lərə istinadən xəbər verir ki, ABŞ-da işlədiyi xəstəxanadan dərmanları oğurlayıb satan, yerinə krant suyu qoyan 36 yaşlı Dani Mariyenin məhkəməsi başlayıb.

Keçirilən məhkəmədə keçmiş tibb bacısı günahını etiraf edib.

İttihama görə, dərman yerinə xəstələrə krant suyu verən tibb bacısı 16 xəstənin ölümündə günahlandırılır. Xəstələrə lazımı dərmanı verməyən tibb bacısı onlarda infeksiyanın yaranmasına və yayılmasına səbəb olub. Tibb bacısı ümumilikdə 44 xəstəyə dərman yerinə krant suyu verdiyi iddia edilir.


Müəllif: Arzu
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
75
teleqraf.com

1Источники