RU

Sabiq polis iş yerində güllələndi

Keçmiş polis oğrularla atışmada öldürülüb.

Teleqraf.com yerli KİV-lərə istinadən xəbər verir ki, hadisə Türkiyənin İstanbul şəhərində baş verib.

Bildirilir ki, təxminən 2 ay əvvəl özəl bir şirkətdə mühafizə müdiri vəzifəsinə işə başlayan təqaüdçü polis Avşin Altuntaş iş yerində iki nəfərin hücumuna məruz qalıb.

Altundaşla ona hücum edən iki şəxs arasında münaqişə yaranıb. Münaqişə zamanı təqaüdçü polis sinəsinə dəyən güllədən yaralanıb. Avşin Altundaş xəstəxanada edilən müdaxilələrə baxmayaraq həyatını itirib.




Müəllif: Arzu
Избранный
169
teleqraf.com

1Источники