RU

ƏLİL GƏNC XANIMI CİNSİ İSTİSMARA MƏRUZ QOYANLAR HƏBS EDİLDİ

Əlil gənc xanımı işə cəlb edərək, onu cinsi istismara məruz qoyan üç nəfər və bu ağır cinayət barədə xəbəri olsa da, polisə məlumat verməyən bir nəfər tutuldu...

Tezadlar.az Gürcüstan mediasına istinadla xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumata əsasən, aparılan istintaq tədbirləri nəticəsində müəyyən edilib ki, təqsirləndirilən şəxslər insan alveri ilə bağlı plan hazırlayıblar. Planı tamamlamaq üçün əlil qadının fiziki zəifliyindən sui- istifadə edərək işə cəlb edərək, onu cinsi istismara məruz qoyublar. Xüsusilə, zərərçəkmiş qadını psixoloji zorakılıq tətbiq edərək müəyyən kompensasiya müqabilində başqa şəxslərə cinsi xidmət göstərməyə məcbur ediblər... Və bu yolla alınan çirkli pulları təqsirləndirilən şəxslər mənimsəyiblər. Faktla bağlı istintaq tədbirləri davam etdirilir. Təqsirləndirilən şəxsləri 14 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

 

 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
64
tezadlar.az

1Источники