Fransa yığmasının baş məşqçisi Didye Deşam AÇ-2024-ün qrup mərhələsinin 2-ci turunda Niderland yığması ilə qarşıdakı oyundan danışıb.
Arena.az UEFA-nın rəsmi saytına istinadən, fransız mütəxəssisin bu barədə fikirlərini təqdim edir:
“Biz seçmə mərhələdə Niderland yığmasına qalib gələndə onların heyətində beş və ya altı əsas oyunçu yox idi. Onlar artıq həmin komanda deyillər və o vaxtdan əldə etdikləri nəticələr bunu sübut edib. Bu, seçmə mərhələdə qarşılaşdığımız komandadan qat-qat güclü komanda olacaq.
Məqsədimizə çatmışıq – ilk oyunda qalib gəldik. Amma indi niderlandlılarla olduğu kimi, növbəti məqsəd – ikinci oyunda da qalib gəlib qrupdan vəsiqə qazanmaqdır. Biz mümkün qədər yaxşı oynamalı və rəqib üçün mümkün qədər təhlükəli olmalıyıq”, deyə Didye Deşam vurğulayıb.
Xatırladaq ki, Avropa çempionatının qrup mərhələsinin 2-ci turunun “D” qrupu çərçivəsində keçiriləcək Niderland – Fransa oyunu bu gün, iyunun 21-də Leypsiqin “Red Bull Arena” stadionunda baş tutacaq. Hakim oyunu Bakı vaxtı ilə saat 23:00-da başaladacaq.
2-ci tur ərəfəsində “D” qrupunun yarış cədvəli belə mənzərə yaradır:
- Niderland – 3 xal
- Fransa –3 xal
- Poşa – 0
- Avstriya – 0