RU

“7 oktyabrdan bəri İsrail həbsxanalarında ən azı 54 fələstinli məhbus ölüb”


Ötən il oktyabrın 7-də Yaxın Şərq münaqişəsinin yeni mərhələsi başlayandan bəri İsrail həbsxanalarında cəza çəkən ən azı 54 fələstinli məhbus həyatını itirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Qəzza zolağındakı Məhbusların İşləri Nazirliyinin teleqram kanalında yaydığı məlumatda deyilir.
“Fələstinin müxtəlif əyalətlərindən olan 54 şəhid işgəncə, qeyri-insani saxlanma şəraiti və sistemli hücumlar nəticəsində işğal həbsxanalarında həlak olub”, - məlumatda deyilir.
Nazirlik bildirir ki, İsraildəki fələstinli məhbuslar çox dar kameralarda saxlanılır, buna görə də onların əksəriyyəti yerdə yatmağa məcburdur:
“İsrail həbsxanalarından və təcridxanalarından azad edilənlərin ifadələrinə əsasən, orada bir çox işgəncə və ləyaqəti alçaldan rəftardan istifadə olunur”.
Fələstin tərəfinin bildirdiyinə görə, israillilər məhbuslara aclıq edərək işgəncə verir, elektrik cərəyanından istifadə edir, onları yuxudan və tibbi yardımdan məhrum edir.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
84
yeniavaz.com

1Источники