RU

İsraildə virus yayılır - 19 YOLUXMA

İsrail həkimləri mayın əvvəlindən ölkədə "Qərbi Nil" qızdırmasının baş verməsini qeydə alıblar, artıq 19 xəstəyə bu xəstəlik diaqnozu qoyulub.

Redaktor.az "TASS"a istinadən xəbər verir ki, bu barədə İsrail Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, 19 xəstədən 17-si xəstəxanaya yerləşdirilib, onlardan üçü süni nəfəs aparatına qoşulub.

Səhiyyə Nazirliyi qeyd edib ki, xəstə insanların çoxu İsrailin mərkəzi hissəsində yaşayır.

Nazirlikdən verilən məlumata görə, bu il "Qərbi Nil" qızdırması ölkədə adi haldan tez yayılmağa başlayıb.

Yusif EYVAZLI

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
57
redaktor.az

1Источники