RU

Ronald Kuman: “Fransa yığmasından nə gözləyəcəyimizi bilirik”

Niderland yığmasının baş məşqçisi Ronald Kuman AÇ-2024-ün qrup mərhələsinin 2-ci turunda Fransa yığması ilə qarşıdakı oyundan danışıb.

Arena.az UEFA-nın rəsmi saytına istinadən, niderlandlı mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Polşa yığması ilə oyunundan aldığımız dərs o oldu ki, biz 60 dəqiqə yox, 90 dəqiqə yüksək səviyyədə oynamalıyıq. Həm də səbrli olmaq gərəkdir. Top itirsən, nə baş verə biləcəyini daima xatırlamaq da lazımdır.

Son illər Fransa yığması ilə çox oynamışıq. Nə gözləyəcəyimizi bilirik. İstədiyimiz nəticəni əldə etmək üçün çox yaxşı fəaliyyət göstərməli olacağıq”, deyə Ronald Kuman vurğulayıb.

Xatırladaq ki, Avropa çempionatının qrup mərhələsinin 2-ci turunun “D” qrupu çərçivəsində keçiriləcək Niderland – Fransa oyunu bu gün, iyunun 21-də Leypsiqin “Red Bull Arena” stadionunda baş tutacaq. Oyuna Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.

2-ci tur ərəfəsində “D” qrupunun yarış cədvəli belə mənzərə yaradır:

  1. Niderland – 3 xal
  2. Fransa –3 xal
  3. Poşa – 0
  4. Avstriya – 0
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
103
arena.az

1Источники