Tovuzda zəncirvari qəza olub.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, hadisə Tovuz şəhərinin Musa Musayev küçəsində qeydə alınıb.
Məlumata görə, küçədə hərəkətdə olan minik maşınının sürücüsünün sükan araxasında səhhəti pisləşib. Bu zaman idarəetmənin itməsi nəticəsində maşın 4 avtomobilə çırpılıb.
Həmin şəxs ürək tutmasından hadisə yerində ölüb. Ölən şəxsin rayonun Aşaği Öysüzlü kənd sakini 1956-cı il təvəllüdlü Cəfərov Nikolay Nuru oğlu olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.