RU

Roberto Bacco hücuma məruz qaldı - Xəstəxanaya aparıldı

İtaliya millisinin sabiq futbolçusu Roberto Bacconun evinə silahlı hücum olub.

Fanat.Az xəbər verir ki, informasiyanı "Corriere del Veneto" yayıb. 

Mənbənin məlumatına görə, beş oğru ötən axşamı 57 yaşlı Bacconu qarət edib. Hadisə 1993-cü il "Qızıl top"unun qalibi AÇ-2024-ün İspaniya - İtaliya matçına (1:0) baxarkən baş verib. 

Quldurlar onun "Altavilla Vicentina"dakı villasına soxularkən “Yuventus”, “Milan” və “İnter”in keçmiş hücumçusu oğrulardan birini tutmağa çalışsa da, tapançanın qundağı ilə alnına zərbə alıb.

Daha sonra Bacco və ailəsini bir otağa salıb qapısını bağlayan quldurlar evdəki saatlar, zinət əşyaları və pul oğurlayıblar. Dünya çempionatının gümüş və bürünc mükafatçısı cinayətkarların getdiyini anlayanda qapını sındıraraq polisə müraciət edib.

İkiqat İtaliya çempionu xəstəxanaya aparılıb və alnına bir neçə tikiş vurulub.

Mirağa

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
61
fanat.az

1Источники