PSJ rəhbərliyi "Real"ın forvardı Vinisius Junioru heyətinə qatmaq niyyətindədir. Sport24.az xəbər verir ki, bu barədə "Tribal Football" nəşri məlumat yayıb.
Fransa çempionu Vinisiusa illik 50 milyon avro maaşla 5 illik müqavilə təklif edib. Həmçinin, sözləşmədə bonus ödənişləri də göstərilib. Amma Junior parislilərin təklifini qəbul etməyib. O, karyerasını "kral klubu"nda davam etdirmək istəyir.
Qeyd edək ki, Vinisius ötən mövsüm İspaniya çempionu və Çempionlar Liqasının qalibi olub. Braziliyalı hücumçu "qızıl top" mükafatını qazanmaq üçün favoritlərdən biridir.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта