RU

ADY-DƏ JURNALİSTLƏR ÜÇÜN MARAQLI TƏDBİR KEÇİRİLDİ

Şəfəq Mehrəliyeva: “Jurnalistlər üçün yazı hazırlamağın Aristotel üçbucağı, hər bucağın da öz adı var: 1. Etnos, 2. Patnos, 3. Loqos”

Azərbaycan Dəmir Yolları (ADY) ilə Mətbuat Şurası birlikdə jurnalistlər üçün “Yaşıl dünya naminə həmrəylik ili” mövzusunda iyunun 1-dən iyulun 1-ə qədər müsabiqə elan ediblər. Müsabiqədə, elan olunan mövzu ilə bağlı jurnalistlərin məlumatlarını artırmaq məqsədi ilə bu gün ADY-nin muzeyində tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan ADY-nin Mətbuat Xidmətinin rəhbəri Sənubər Nəzərova bildirdi ki, “bu sessiyanın keçirilməsində məqsəd jurnalistlərin “Yaşıl dünya naminə həmrəylik ili” mövzusundab biliklərini artırmaqdır. Bunun üçün xüsusi mütəxəssislər dəvət etmişik. Həmin mütəxəsisslər noyabrda respublikamızda keçiriləcək COP-29 tədbirində iqlim dəyişikliyi və bu yöndə hansı tədbirlərin görüləcəyi barədə geniş informasiya verəcəklər”.

Bundan sonra söz Azərbaycan Respublikası Təhsil Nazirinin müsaviri Nicat Məmmədliyə verildi. N.Məmmədli ““Yaşıl enerji”nin geopolitikası” mövzusunda geniş və təraflı çıxış edərək dedi: “Yaşıl enerji” hazırda ən aktual və dünyanı maraqlandıran məsələdir. Küləkdən, sudan və günəşdən alınan enerjidən Azərbaycan Respublikasında artıq neçə vaxtdır istifadə olunur. Ancaq bu hələ çox azdır. 2030-cu ilə qədər bu sahələrdən alınan enerjinin artırılması nəzərdə tutulur. Amma bu küləkdən, sudan və günəşdən alınan enerjinin istehlakı zamanı xeyli itkilər də olur. Alınan enerjinin tam saxlanması və itkiyə getməməsi üçün müəyyən tədbirlər görmək olar. Məsələn, iri göl yaratmaq və ya dağın başında əlavə  su anbarı yaradıb, suyu ora yönəltməklə bu itkinin qarşısını almaq olar. Belə ki, alınan enerji istehlak olunandan sonra, qalan enerjini dediyim su göllərinə yönəltmək, lazimi məqamda isə suyu geri qaytarmaqla yenə həmin enerjini almaq olar. Jurnalistlər öz yazılarında “Yaşıl enerji”nin alınmasına və istehlakına xüsusi önəm verməlidirlər”.

N.Məmmədli öz çıxışında eyni zamanda maşınladan ətrafa buraxılan karbon qazından, bu səbəbdən də elektromobillərin üstünlüklərindən, enerjinin saxlanmasından və s. mövzular barədə çox maraqlı məlumatlar verdi.

“Sustainera” (Dayanıqlı inkişaf) şirkərinin nümayəndəsi İlkin Hacı “Azərbaycan COP 29-a necə hazırlaşır” və “Dayanıqlı inkişafı zəruri edən amillər” mövzusunda çox maraqlı çıxış etdi”.

ADY-nin Sərnişin Daşımaları Deportamentinin rəhbəri Azər Fərəcov “ADY-nin sərnişindaşıma xidməti COP-29-a neçə hazırlaşır” və “Sərnişin mənmuniyyətinin təmin edilməsi istiqamətində həyata keçirilən layihələr” mövzusunda çox mamraqlı çıxış etdi: “COP-29-a hazırlıq çərçivəsində ən müasir sərnişin qatarları Belçika istehsalı olan qatarlardır. Biz də həmin qatarlardan istifadə edirik. Bu qatarlarda sərnişinlər üçün hər cür komfort şərait yaradılıb. Qatarlarda pulsuz wifi sistemi, kondisionerlər və digər müxtəlif şəraitlər yaradılıb. Mənzil başına sərnişinlər çox rahat şəkildə gedə biləcəklər. Departamentimizin bütün əməkdaşları COP-29-a yüksək səviyyədə hazırlaşıblar. İnanırıq ki, respublikamıza gələn qonaqlar bizim xidmətimizdən razı qalacaqlar”.

Tədbirin sonu daha maraqlı oldu, çünki ADA Universitetinin kafedra müdiri və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri, eyni zamanda Medianın Müşahidə Şurasının üzvü, jurnalistlərin sevimlisi Şəfəq Mehrəliyeva “Araşdırma yazı materialı necə hazırlanmalıdır” və “Beynəlxalq təcrübədən ən yaxşı nümunələr” mövzusunda olduqca maraqlı çıxış etdi. Əvvəlcə, ingilis dilində beynəlxalq termin kimi qəbul edilmiş “sustainability” sözünün açmasını jurnalistlər üçün izah etdi. Məlum oldu ki,  bu söz iki hissədən – “sustain” (tutub saxlamaq bacarığı) və “ability” (inkişaf) ibarətdir. Tam mənası isə tutub saxlamaq bacarığını inkişaf etdirməkdir. Yəni, dayanıqlı inkişaf deməkdir: “Dünyada bir resurs məhdudiyyəti var. Çünki Yer üzünün əhalisi 8 milyarda yaxınlaşır. Ona görə də yeni resursların mənbəyi tapılmalı və inkişaf etdirilməlidir. bu sahədə jurnalistlərin böyük xidməti olmalıdır. Jurnalistlər üçün yazı hazırlamağın Aristotel üçbucağı, hər bucağın da öz adı var: 1.Etnos, 2.Patnos, 3.Loqos. Etnos - jurnalsitin özüdür. Onun bilik və bacarığıdır, yazısının kəmiyyətidir. Patnos – hekayələr, təhlil və keyfiyyətdir. Loqos – yazının faktlarla zənginləşdirilməsidir. Jurnalist öz yazısında bu üçbucağın qaydalarını gözləməlidir. Mövzunu bir insana bənzətsək belə demək olar. İnsan baş, boyun, bədən, qollar və ayaqlardan ibarətdir. Yazıda baş -  məsələ, mövzu nədir, ona cavab tapılmalıdır. Boyun – müəllifin məsələ ilə bağlı mövqeyidir. Bədən – burada ən azı 3 və daha çox səbəblər olmalıdır. Birinci  qol-  dəlillər gətirməkdir, ikinci qol – yazının tənqidi tərəfini göstərməkdir. Birinci  ayaq – müəllifin mövqeyi dəyişmir, ikinci ayaq isə - konstruktiv çıxış, məsələnin həll yolu tapılmalıdır. Jurnalsit öz yazısında bütün bu qaydalara əməl etsə, o yazı olduqca maraqlı alınacaq və cəmiyyət tərəfindən də yüksək səviyyədə qəbul ediləcək”.

Çıxışdan sonra Şəfəq xanım  jurnalistləri maraqlandıran bir çox suallara da cavab verdi. Tədbirin sonunda ADY-nin Mətbuat Xidmətinin rəhbəri Sənubər Nəzərova dəvəti qəbul edib gəldikləri üçün bütün jurnalistlərə təşəkkürünü bildirdi. Sonra söhbət çay və kofe süfrəsi arxasında davam etdirildi.

Elçin Məmmədli

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
80
tezadlar.az

1Источники