RU

Kiyev ukraynalılara şişirdilmiş təzminat vəd edir -“Mysl Polska“

"Kiyev hakimiyyəti ukraynalıları cəbhədə ölümə görə yüksək təzminat vədi verməklə aldadır".

News365.azxəbər verir ki, bu barədə Polşanın "Mysl Polska" nəşri məlumat yayıb.

Nəşr yazır ki, Kiyev rəsmilərinin əsgər ölümünə görə söz verdiyi 15 milyon qrivna məbləğində təzminat şokedicidir. Çünki bu, dünyadakı bu cür təzminatdan xeyli fərqlidir. Belə ki, ABŞ-da belə ödənişlər üç dəfə, Polşada isə 50 dəfə azdır.

Məqalə müəllifləri qeyd edirlər ki, 15 milyon qrivnaya mərhumun qohumları Kiyevin mərkəzində beş mənzil ala bilərdilər.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Son bir ayda isə rus qoşunları Xarkov istiqamətində daha çox hücumlar edir, əsas hədəfin bu bölgənin olduğunu nümayiş etdirirlər. Bir müddət öncə isə Kiyev səfərbərlik qaydalarını bir qədər də sərtləşdirib.

Tural

News365.az


Избранный
144
news365.az

1Источники