RU

Səbuhi Abdullazadə: “Onların tapşırıqlarına əməl edəcəyimiz halda...”

"Püşkdən əvvəl xüsusi arzuladığım, qarşılaşmaq istədiyim komanda yox idi. Əsas məqsəd turu keçməkdir. Ümid edirəm ki, bunu bacarıb azarkeşlərimizi sevindirəcəyik". Bu sözləri Sport24.az-a açıqlamasında "Sumqayıt"ın futbolçusu Səbuhi Abdullazadə deyib.
 
23 yaşlı yarımmüdafiəçi məşqçilər korpusuna güvəndiyini, onların tapşırıqlarını yetirəcəyi halda mərhələ adlayacağını düşünür: "Fehervar" barədə geniş məlumatım yoxdu. Yalnız onu bilirəm ki, iki il əvvəl "Qəbələ" ilə qarşılaşıblar. Məşqçilərimiz rəqibin oyunlarini izləyib analiz edəndən sonra bizə də məlumat verəcəklər. Fikrimcə, onların tapşırıqlarına əməl edəcəyimiz halda, keçə bilməyəcəyimiz komanda yoxdur".
 
Abdullazadə hazırlığa yeni başladıqlarını, düşərgədə yüksək ab-havanın olduğunu da vurğulayıb: "Artıq yeni mövsüm üçün hazırlıqlara start verilib. Hələki gündə bir dəfə məşq edirik. Düşərgədə yüksək ab-hava var. Belə davam edib, iyulun 25-də baş tutacaq oyuna hazır çıxacağıq"

Избранный
95
sport24.az

1Источники