RU

Ermənistanın Fələstini tanımasına Türkiyə XİN-dən REAKSİYA

Ermənistanın Fələstin dövlətini tanıması ilə bağlı Türkiyə Xarici İşlər Nazirliyindən açıqlama verilib.

 

Modern.az TRT-yə istinadən xəbər verir ki, açıqlamada aşağıdakı sözlər yer alıb:

 

“İspaniya, İrlandiya, Norveç və Sloveniya kimi ölkələrin ardınca Ermənistanın Fələstin dövlətini tanımaq qərarına gəlməsindən məmnunluq duyuruq. Əvvəllər də həmişə vurğuladığımız kimi, Fələstinin tanınması beynəlxalq hüququn, ədalətin və vicdanın tələbidir. Türkiyə olaraq daha çox ölkənin Fələstini tanıması üçün səylərimizi davam etdirəcəyik".

 

Qeyd edək ki, Ermənistan XİN rəsmi İrəvanın Fələstinin dövlət müstəqilliyini tanıması barədə bəyanat yayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
45
2
modern.az

10Источники