RU

3 nəfəri qəsdən öldürməkdə, 5 nəfəri öldürməyə cəhd etməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır

Bakı. Trend:

Xəbər verildiyi kimi, ötən il oktyabrın 28-də Sumqayıt şəhəriərazisində 6 nəfərə odlu silahdan xəsarət yetirilməsi faktı üzrəşəhər prokurorluğunda başlanmış cinayət işinin istintaqıtamamlanıb.

Sumqayıt şəhər prokurorluğundan Trend-ə verilən məlumata görə,istintaqla 1987-ci il təvəllüdlü Müşfiq Tağıyevin qonşusu AnarFərəcovdan qisas almaq məqsədilə sonuncunun ailəsinin yaşadığıhəyətə gələrək evin divarlarına benzin töküb yandırması və özününhazırladığı partlayıcı qurğunu partlatdıqdan sonra odlu silahdanatəş açaraq evdən çıxan Dağbəyi Fərəcov, Susana Karakaş və SerkanKarakaşı qəsdən öldürməsi, sonuncuların evdə aşkar surətdə köməksizvəziyyətdə olan 2 azyaşlı övladını, eləcə də Tərlan Fərəcovanı vəköməyə gələn qonşuları Etibar Sarıyev və Mehman Sarıyevi qəsdənöldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Müşfiq Tağıyevə Cinayət Məcəlləsinin 120.2.4, 120.2.7 (xüsusiamansızlıqla və ümumi təhlükəli üsulla iki və ya daha çox şəxsiöldürmə), 29,120.2.3, 29,120.2.4, 29, 120.2.7 (xüsusi amansızlıqlavə ümumi təhlükəli üsulla ictimai borcunu yerinə yetirən iki şəxsiöldürməyə cəhd), 29,186.2.1, 29,186.2.2 (külli miqdarda ziyanvurmaqla yandırmaqla və partlatmaqla əmlakı qəsdən məhv etməyəcəhd), 228.1, 228.4 (qanunsuz olaraq odlu və soyuq silah əldə etməvə gəzdirmə) və 229.1, 229.4-cü (qanunsuz olaraq partlayıcıqurğuları, qaz silahını, soyuq silahı hazırlama) maddələri iləittiham elan edilərək barəsində istintaq orqanının vəsatəti vəibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirənprokurorunun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkantədbiri seçilib.

Cinayət işi baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinəgöndərilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
41
26
az.trend.az

10Источники