RU

Müəllimlərin növbəti sertifikasiya İMTAHANI: Məktəb direktoru təyinatı ilə bağlı yeniliklər olacaq

 

“Bu imtahanda da balı 30-50 olanların maaşı 10 faiz, 51-60 olanlarıəm maaşı 35 faiz artım baş verəcək”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında müəllimlərin növbəti sertifikasiya imtahanı haqda danışan təhsil məsələləri üzrə ekspert Rizvan Fikrətoğlu deyib.

Onun sözlərinə görə, bu dəfə sertifikasiya imtahanı verənlərin sualı müəyyən qədər çətin olacaq.

“Keçən dəfəki sertifikasiyada olan suallar ona görə asan idi ki, orada kəsilən müəllimlərə şans tanınmışdı. Bu dəfə imtahan verən müəllimlər isə MİQ imtahanı görmüş, gənc, potensiallı kadrlardır. Təbii ki, bu imtahandan da kəsilənlər olacaq. Lakin bundan kəsilənlər işdən azad olunmayacaq. Çünki bu dəfə kəsilənlərə bir də şans veriləcək ki, növbəti imtahana hazırlaşa bilsinlər. Bu imtahanda da balı 30-50 olanların maaşı 10 faiz, 51-60 olanların maaşı 35 faiz artım baş verəcək. Bundan əlavə, direktor və müavinlərinin işə qəbulunda da yeni mexanizm üzərində işlənilir. Bu o deməkdir ki, əvvəllər direktorlar imtahanla işə götürülürdüsə, artıq sertifikasiyada 51 baldan yüksək yığan müəllimlər gələcəkdə direktor və müavini kimi çalışmaları üçün şansları olacaq”, – deyə o bildirib.

Mütəxəssis əlavə edib ki, sertifikasiya birmənalı olaraq müsbət qarşılanmalıdır:

“Heç bir valideyn istəməz ki, onun övladına savadsız müəllimlər dərs keçsin. Müəllim adı alsalar da, əgər savadsızdırlarsa, o auditoriyalara girməyə nə mənəvi, nə də insani olaraq haqları yoxdur. Düzdür, bəzi müəllimlər vaxtilə korrupsiya ilə işə gəlib. Lakin bəziləri də savadına yaxud həssas qrupa aid olduğuna görə müəllim kimi təyin olunub. Sertifikasiya imtahanı suallarının çətin olması Elm və Təhsil Nazirliyinin müəllimi işdən çıxarmaq kimi bir marağı olmadığını göstərir. Sadəcə, övladlarımıza dərs verən şəxslərin savadlı müəllim olması naminə peşəsindən asılı olmayaraq bu missiyanı təbliğ etməli, bu istiqamətdə lazımi işləri həyata keçirməliyik”.

İsmayıl Bakuvi

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
80
yenicag.az

1Источники