RU

Vəzifəsindən azad edilən direktor müavininin yerinə TƏYİNAT

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasına direktor müavini təyin olunub.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Kinematoqrafçılar İttifaqı məlumat yayıb.
Bu posta İttifaqın üzvü, Əməkdar mədəniyyət işçisi, kino prodüseri Azər Quliyev gətirilib.
Ona həmçinin "Azərbaycanfilm" kinostudiyasının direktorunun vəzifəsini icra etmək də həvalə olunub.
Qeyd edək ki, Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının direktoru Nazim Hüseynov və onun müavini Aydın Hüseynov iyunun 10-da tutduqları vəzifədən azad ediliblər.
Hər iki şəxsin işdən çıxarılması öz ərizələri əsasında baş verib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
9
32
oxu.az

10Источники