Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən yeni – 189-2-ci maddədə əksini tapıb.
Layihəyə əsasən, ictimai iaşə obyektlərini idarə edən şəxslər tərəfindən yetkinlik yaşına çatmayan şəxslərin erkən evliliyi ilə bağlı mərasimlərin (nişan, toy və digər mərasimlər) keçirilməsinə görə fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan doqquz min manatadək məbləğdə cərimə ediləcək.
Yuxarıda nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə isə fiziki şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər beş min manatdan altı min manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan on üç min manatadək məbləğdə cərimə ediləcək.
Qeyd edilib ki, ictimai iaşə obyektlərini idarə edən şəxslər tərəfindən erkən evliliklə bağlı mərasimlərin (nişan, toy və digər mərasimlər) keçirilməsinə görə inzibati tənbeh nəzərdə tutun maddənin Məcəlləyə əlavə edilməsi erkən evliliklə mübarizədə mühüm addımlardan biri olacaq.
“Erkən evlilik” dedikdə yetkinlik yaşına çatmayan şəxslə nikah bağlamadan ailə qurmaq məqsədilə yaradılan ittifaq başa düşülür.
10Источники
-
regionxeberlericom.azBu şəxslər 13 min manat cərimələnəcək ( 7818110)
-
bakupost.azBu şəxslər 13 min manat cərimələnəcək ( 7816478)
-
qaynarinfo.azAzərbaycanda bu şəxslər 13 min manat cərimələnəcək ( 7816250)
-
ednews.netBu şadlıq sarayları CƏRİMƏLƏNƏCƏK ( 7812128)
-
bizim.mediaBu şadlıq sarayları CƏRİMƏLƏNƏCƏK ( 7811321)
-
demokrat.azBu şadlıq sarayları cərimələnəcək ( 7810019)
-
moderator.azBu halda toy və nişan mərasimləri keçirənlər 13 min manat cərimələnəcək ( 7806605)
-
demokrat.azBu şəxslərə toy və nişan mərasimlərini keçirənlər 13 min manatadək CƏRİMƏLƏNƏCƏK ( 7806554)
-
tribunainfo.azYetkinlik yaşına çatmayanların toy və nişan mərasimlərini keçirənlər 13 min manatadək cərimələnə bilər ( 7806227)
-
hurriyyet.azHansı halda toy və nişan mərasimlərini keçirənlər 13 min manatadək cərimələnə bilər ( 7805810)